Şəkidə Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb

Şəkidə Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrılıb
# 17 avqust 2016 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR