Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb - VİDEO

Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb - <span style="color: red;">VİDEO
# 07 noyabr 2015 01:57 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, hadisələrdən biri Binəqədi, digəri isə Qaradağ rayonları ərazisində baş verib.

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindən 1992-ci il təvəllüdlü Nurlan Əliyev ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, 23 yaşlı gəncin vəziyyəti ağır olaraq qalır.

Nurlan Əliyevin Rəsulzadə qəsəbəsində naməlum şəraitdə bıçaqlandığı məlum olub. Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

1981-ci il təvəllüdlü Asif Nağıyev isə Qaradağ rayonunun Qobustan qəsəbəsində bıçaqlanıb. Salyan yolu küçəsində ağır xəsarətlər alan 34 yaşlı Asif Nağıyev Bakıya xəstəxanaya çatdırılıb.

Asif Nağıyevin kim tərəfindən bıçaqlandığı barədə hələlik məlumat yoxdur. Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi məlumatlandırılıb. Hadisənin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR