Bakıda Türkiyədəki çevriliş cəhdinə həsr edilmiş fotosərgi açılıb

Bakıda Türkiyədəki çevriliş cəhdinə həsr edilmiş fotosərgi açılıb
# 08 sentyabr 2016 12:37 (UTC +04:00)

Bakı – APA. Bakının “Park Bulvar” alış-veriş mərkəzində 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini əks etdirən foto-sərgi təşkil olunub.

APA-nın məlumatına görə, “Anadolu” agentliyinin fotoqraflarının çəkdiyi fotolardan ibarət “15 iyul - milli iradənin yüksəlişi” adlı sərgidə 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, türk xalqının çevriliş cəhdinə müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub.

Sərgiyə gələnlər “Anadolu” agentliyinin hazırladığı “Dəqiqə dəqiqə FETÖ-nün çevriliş cəhdi” kitabını pulsuz əldə edə bilər. Sərgi 13 sentyabr tarixinə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR