Manat funta və Rusiya rubluna nisbətən bahalaşıb

Manat funta və Rusiya rubluna nisbətən bahalaşıb
# 15 avqust 2016 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 13-ü ilə müqayisədə dəyişməyərək 1,6102 manat səviyyəsinə müəyyən olunub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR