“Azər Türk Bank” öz xidmət şəbəkəsini genişləndirir

“Azər Türk Bank” öz xidmət şəbəkəsini genişləndirir
# 19 avqust 2016 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azər Türk Bank” ASC-nin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunur.

“Azər Türk Bank”dan “APA-Economics”ə verilən məlumata görə, avqust ayının 20-də bankın Qəbələ şöbəsinin açılışı olacaq.

Bankdan bildirilib ki, adıçəkilən şöbə, Prezident İlham Əliyevin iştirakı ilə Qəbələ şəhərində açılışı gerçəkləşdirilən “ASAN xidmət” mərkəzinin daxilində yerləşir.

Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nağd vəsaitin çıxarılması, hökumət ödəniş portalı üzrə əməliyyatların aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

“Azər Türk Bank”ın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftə içi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək müştərilərin xidmətində olacaq.

Şəhər iqtisadiyyatının da inkişafına öz təsirini göstərəcək şöbə, “Azər Türk Bank”ın digər şöbə və filiallarında olduğu kimi müştəri məmnuniyyətini əsas tutaraq fəaliyyət göstərir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR