Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır

Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır
# 27 yanvar 2016 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, hazırda Ağsu aşırımında və Qusar rayonunda yollarda buzlaşma var. Cənub bölgəsində qar yağmaqda davam etsə də nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur.

K.Əliyev həmçinin qeyd edib ki, ötən gün respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Hadisələrin əksəriyyəti məhz yolların buzlu olması səbəbindən baş verib. K. Əliyev soyuq hava şəraiti ilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR