"Dreamland Qolf Klubu"nda növbəti turnir baş tutub

"Dreamland Qolf Klubu"nda növbəti turnir baş tutub
# 18 aprel 2016 09:54 (UTC +04:00)

Bakı - APA-Economics. “Dreamland Qolf Klubu”nda rekord sayda, 80 nəfərin iştirakı ilə “Marriott JW Abşeron” oteilinin sponsorluq etdiyi növbəti qolf turniri keçirilib.

“Azərsun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, turnirdə hədiyyə olaraq “Marriott JW Abşeron” oteli restoran vauçerlərindən tutmuş, oteldə bir gecəlik qalmağa qədər qiymətli hədiyyələr təqdim edilib. Bundan əlavə ilk dəfə olaraq “Marriott JW Abşeron” ilk dəliyə görə də mükafat təqdim edib.

Belə ki, 4-cü dəlikdə əgər hər hansı oyunçu ilk zərbədən dəliyə düşə bilsə idi onlar 20.000 manat dəyəri olan prezident nömrəsində gecələmək imkanı qazanırıblar. Lakin təəssüflər olsun ki, böyük ustalıq tələb edən bu atışı heç kəs bacara bilməyib. Bunu görən “Marriott JW Abşeron” otelinin baş direktoru Martin Kleinman bu hədiyyəyə görə auksion elan edib. 5 000 manat qiymətinə satılan hədiyyədən qazanılan gəlir isə SOS uşaq kəndlərinə xeyriyyə məqsədilə xərclənib.

“Dreamland Qolf Klubu”nda keçirilən qolf turnirləri son dövrlərdə klub üzvləri və qonalar arasında böyük populyarlıq qazanıb. Hər tədbirdən öncə oyunçular üçün oyuna hazırlaşmazdan əvvəl səhər yeməyi təşkil edilir. Bunun ardınca isə hər komanda öz arasında qısa brifin edərək sahədə güclərini sınamağa gedirlər.

Günün qalibi Nil Makkin, Refik Şabanoviç, Andro Şilakadze və Xəlil Hüseynov oldular. Onlar 68 (59.8) xalla birinci yeri qazandılar. Onlar 3, 6, 12, 14 və 16-cə dəliklərdə 5 “bördi” qazanıblar.

İkinci yeri 68 xalla (60.1) Frenk Vilson, Anna Vilson, Evan Drammond və Syuzi Drammond qazandılar. Onların 6 “bördi” atışı olmasına baxmayaraq, 9 və 18-ci dəliklərdə olan 2 “boqi” atışları birincilik qazanmalarına mane olub.

Üçüncü yeri isə 68 xalla (60.1) Cimmy Makdeyd, Qreqor Riddel, Kenni Makkenzi və Leo Trup qazandılar. Onlar 5 “bördi” və 1 “boqi” atışları ediblər. Gün ərzində oyunçular səriştə tələb edən “Marriott JW Abşeron” otelinin sponsorluq etdiyi müxtəlif yarışlarda da iştirak ediblər.

11-ci dəlikdə ən yaxın “pin” – Devid Seo

17-ci dəlikdə ən yaxın “pin” – Martin Kleinman

16-cı dəlikdə qadınlarda ən uzun “drayv” – Mila Hvilşoj

6-ci dəlikdə kişilərdə ən uzun “drayv” – Den Lyuis

Turnirdən sonra oyunçuların mükafatlandıma mərasimi keçirildi. Onlar həmçinin Asiya mətbəxinə qonaq ediliblər.

Növbəti turnirin keçirilməsi may ayında planlaşdırılır. Qalibləri təbrik edirik.

Qeyd edək ki, 2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan “Dreamland Qolf Klubu” “Dye Dizayn” tərəfindən dizayn edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, “İMG performans” studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir. Meydança mənzil, villa və “Sabis Sun” beynəlxalq məktəbini əhatə edən “Dreamland” qapalı yaşayış sahəsinin ən vacib hissəsi hesab olunur.

Ətraflı məlumat : Philip Jones GM Dreamland Qolf Klubu, Bakı

E-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR