Bərdədə avtomobillə vurulan piyada ölüb

Bərdədə avtomobillə vurulan piyada ölüb
# 16 oktyabr 2015 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yenidaşkənd kənd sakini Sərxan Həsənov idarə etdiyi “NAZLifan” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xəlil Nəbiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Nəbiyev orada ölüb.

Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR