Gədəbəy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Gədəbəy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 12 noyabr 2015 09:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 11-də Gədəbəy rayonunun İnəkboğan kəndində baş verib.

Kənd sakini Əvəz Hüseynov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR