Xaçmazda sahibkarlara 580 min manat güzəştli kredit verilib

Xaçmazda sahibkarlara 580 min manat güzəştli kredit verilib
# 10 mart 2016 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 mln. manat güzəştli kredit verilib. "APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bu gün Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilən işgüzar forumda bildirib.

Onun sözlərinə görə, həmin vəsait hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Qeyd edək ki, forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR