Yevlaxda transformator yanıb

Yevlaxda transformator yanıb
# 25 iyul 2016 01:37 (UTC +04:00)

Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonunda yanğın nəticəsində "Azərişıq" ASC-yə məxsus, gücü 630 kVA olan transformatorun sarğıları və yağı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR