"Petkim Holdinq" nizamnamə kapitalını artırır

"Petkim Holdinq" nizamnamə kapitalını artırır
# 10 dekabr 2015 15:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş." nizamnamə kapitalını 50% artıracaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar şirkətin İdarə Heyətinin dekabrın 8-də keçirilən iclasında qəbul edilib.

Qərara görə, şirkətin nizamnamə kapitalı 1 mlrd. lirədən 1,5 mlrd. lirəyə qədər artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR