RF Şurasının spikeri və Türkiyə XİN rəhbəri arasında danışıq olub

RF Şurasının spikeri və Türkiyə XİN rəhbəri arasında danışıq olub
# 13 dekabr 2015 01:34 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında qısa söhbət olub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təmas Türkiyə tərəfinin təşəbbüsü ilə Aşqabadda keçirilən beynəlxalq konfransın kuluarlarında baş tutub.

“Türkiyə XİN rəhbəri mənə yaxınlaşıb, baxmayaraq ki, səfər çərçivəsində heç bir rəsmi ikitərəfli danışıqlar planlaşdırılmayıb. Bu onun öz təşəbbüsü idi, o özü mənə yaxınlaşdı və aramızda qısa söhbət oldu”, deyə Matviyenko bildirib.

Qeyd edək ki, RF Şurasının spikeri Türkiyə XİN rəhbəri ilə söhbətin təfərrüatlarını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR