BMT baş katibi və Avropa İttifaqının ali komissarı Türkiyədəki hadisələrlə bağlı bəyanatla çıxış ediblər

BMT baş katibi və Avropa İttifaqının ali komissarı Türkiyədəki hadisələrlə bağlı bəyanatla çıxış ediblər
# 16 iyul 2016 02:11 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Ban Ki-Mun tərəfləri Türkiyədə təmkinli olmağa çağırıb.

APA-nın xəbərinə görə, baş katibin adından yayılan bəyanatda BMT-nin Türkiyədə çevriliş cəhdindən xəbərdar olduğu və qurumun hadisələri yerində aydınlaşdırmaq niyyəti yer alıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini də Türkiyədə baş verən son hadisələrlə əlaqədar tərəfləri “təmkinlilik nümayiş etdirməyə və demokratik təsisatlara hörmət etməyə” çağırıb.

Monqolustanda səfərdə olan F. Mogerini hadisələrlə əlaqədar müntəzəm olaraq Ankara və Brüsseldəki Aİ nümayəndə heyəti ilə əlaqə saxladığını öz “twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR