Masazırda iki piyadanı maşın vurub

Masazırda iki piyadanı maşın vurub
# 18 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda iki nəfəri maşın vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 17-də saat 21 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri - Asim Kərimov və Toğrul Novruzov vurulub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR