Məhkəmə qərarları ilə bağlı şikayətlərin sayı azalır

Məhkəmə qərarları ilə bağlı şikayətlərin sayı azalır
# 20 fevral 2016 08:50 (UTC +04:00)


Bakı. Fərid Mirzəyev – APA. “Son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik”.

APA-nın xəbərinə görə, bunu Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov deyib. O bildirib ki, həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır, hər bir şikayət əsasında araşdırma aparılır: “Son vaxtlar bu sahədə müsbət dəyişikliklər göz önündədir. Düşünürəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR