İran XİN: Tezliklə Rusiya S-300 raket komplekslərinin ilk partiyasını göndərəcək

İran XİN: Tezliklə Rusiya S-300 raket komplekslərinin ilk partiyasını göndərəcək
# 11 aprel 2016 10:47 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “Rusiyadan S-300 havadan müdafiə sistemlərinin alınması ilə bağlı ilkin mərhələsi icra olunmaqdadır. Bu sahədə koordinasiyalı işlər aparılır, tezliklə raket komplekslərinin ilk partiyası İrana veriləcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.

Qeyd edək ki, 2007-ci ildə imzalanmış sazişə əsasən Rusiya İrana 40 ədəd S-300 PMU-1 tipli kompleks satacaq. Müqavilənin dəyəri 800 milyon dollardır. BMT Təhlükəsizlik Şurasının qətnaməsi müqavilənin icrasına qadağa qoysa da, 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə etdikdən sonra Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə qadağa aradan götürülüb.

H. Ənsari Qazaxıstan prezidentinin İrana səfərinə də toxunub. O bildirib ki, İran və Qazaxıstan arasında müxtəlif iqtisadi, siyasi və mədəni sahədə əməkdaşlıqla bağlı 40 sənəd imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR