Baku Crystal Hallda Könüllülərin Novruz tədbiri keçirilib

Baku Crystal Hallda Könüllülərin Novruz tədbiri keçirilib
# 17 mart 2016 14:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Baku Crystal Hallda Könüllülərin Novruz tədbiri keçirilib. APA-nın xəbərinə görə, təxminən 2500 nəfərdən artıq könüllünün iştirak etdiyi tədbirdə gənclər və idman naziri Azad Rəhimov və başqa şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə nazir A. Rəhimov açıb.

O bildirib ki, Könüllülərin Novruz tədbirinin keçirilməsində əsas məqsəd könüllülərin birliyini təmin etməkdir: “Novruz bayramı Azərbaycan xalqının, o cümlədən Azərbaycan gənclərinin ən sevimli bayramlarından biridir. Bizim üçün könüllülərlə bir yerdə olmaq çox vacibdir, çox önəmlidir. Onlar həqiqətən də I Avropa Oyunları zamanı çox böyük iş gördülər. Biz gələcəkdə keçiriləcək tədbirlərdə də onlarla bir yerdə olacağıq. Bu tədbirin keçirilməsində də əsas məqsəd ondan ibarətdir ki, onlarla əlaqəni itirməyək”.

Daha sonra bayram tonqalı qalanıb.

Tədbir bayram konserti ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR