Sabirabadda 55 yaşlı kişi su kanalında boğulub

Sabirabadda 55 yaşlı kişi su kanalında boğulub
# 01 mart 2016 13:42 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabad rayon sakini su kanalında boğulub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Çöl Beşdəli kəndində baş verib.

Kənd sakini, 1961-ci il Nuriyev Rasət Siyasət oğlu kənddən keçən su kanalına düşərək boğulub.

Onun meyiti kanaldan çıxarılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR