BMT-nin icraçı katibinin Azərbaycana səfərinin proqramı açıqlanıb

BMT-nin icraçı katibinin Azərbaycana səfərinin proqramı açıqlanıb
# 29 yanvar 2016 09:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. BMT-nin Asiya və Sakit okean ölkələrində iqtisadi və sosial məsələlər üzrə Komissiyasının (ESCAP) icraçı katibi Şamşad Aktarın Azərbaycana səfərinin proqramı açıqlanıb.

Qurumun strateji kommunikasiya və təbliğat departamentindən APA-ya verilən məlumata görə, 2-3 fevral tarixlərində baş tutacaq səfərin məqsədi Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlər keçirməkdir.

Görüşlərdə Mərkəzi Asiya və Qafqaz regionuna təsir edən iqtisadi məsələlər müzakirə olunacaq. Həmçinin 2030-cu ilin inkişaf məqsədləri çərçivəsində ESCAP-ın Azərbaycana edə biləcəyi yardımla bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR