Qusarda keçmiş məhkum qətlə yetirilib

Qusarda keçmiş məhkum qətlə yetirilib
# 25 iyun 2016 09:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qusarda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR