Simferopolda öldürülən azərbaycanlı tələbənin qətlinin təfərrüatları məlum olub

Simferopolda öldürülən azərbaycanlı tələbənin qətlinin təfərrüatları məlum olub
# 28 sentyabr 2016 11:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Krımın Simferepol şəhərində öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qətlinin təfərrüatları məlum olub. M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.

Simferopoldakı ali məktəblərin birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevi milliyyətcə fars olan şəxslər tərəfindən öldürüldüyü bildirilir. Azərbaycanlı tələbəni qəflətən arxadan ağır bıçaq zərbəsi ilə vurublar. O kürəyindən aldığı çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişib. M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR