Şamaxıda örüş sahəsi yanır

Şamaxıda örüş sahəsi yanır
# 18 avqust 2016 14:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün günorta saatlarında Şamaxı rayonu Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR