İtaliyalı senator: “Müşahidə apardığımız məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub”

İtaliyalı senator: “Müşahidə apardığımız məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub”
# 26 sentyabr 2016 10:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. "İndiyədək müşahidə apardığımız məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub".

APA-nın xəbərinə görə, bunu İtaliya Senatının üzvü Sercio Divina deyib.

22 saylı Nəsimi II seçki dairəsinin 5 saylı seçki məntəqəsində olan S. Divina qeyd edib ki, indiyədək müşahidə apardığı məntəqələrdə bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb.


"Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə düşünürəm ki, effektiv addımdır" - deyə italiyalı senator bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR