"Bank of Baku"nun kredit portfeli azalıb

"Bank of Baku"nun kredit portfeli azalıb
# 03 avqust 2016 08:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank of Baku" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin II rübündə 587,387 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,36% azdır.


"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 40% azalaraq 327,090 mln. manat olub.


Hesabat dövründə bankın depozit portfelinin həcmi 306,092 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 30,2% azdır.

Bankın öhdəlikləri 21% azalaraq 522,655 mln. manata enib.

İllik müqayisədə bankın məcmu kapitalı 44% azalaraq 64,732 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR