Ted Kruz və Sanders ABŞ-da keçirilən növbəti “praymeriz”lərdə qalib gəliblər

Ted Kruz və Sanders  ABŞ-da keçirilən növbəti “praymeriz”lərdə qalib gəliblər
# 06 aprel 2016 03:59 (UTC +04:00)

Bakı-APA. ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə, Viskonsin ştatında keçirilən praymerizdə respublikaçılar daxilində həmin ştatı təmsil edən senator Ted Kruz (49,6%) rəqibi Donald Trampı (34%) qabaqlayıb.

Demokratlar daxilində Berni Sanders 56,6% səslə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonu (43,1%) qabaqlayıb.

Məlumata görə, Nyu-Qempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR