Daşkəsən sakini bıçaqlanıb

Daşkəsən sakini bıçaqlanıb
# 27 sentyabr 2016 16:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Daşkəsən rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əmirvar kənd sakini Ərəstun Zeynalov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sərxoş halda olan yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR