Deputatın kəndlərdə qəbulu davam edir

Deputatın kəndlərdə qəbulu davam edir
# 03 iyun 2016 07:37 (UTC +04:00)

Baki-APA. Millət vəkili Novruz Aslanov seçiciləri ilə növbəti dəfə görüşüb.

Deputatın qərargahından APA-ya bildirilib ki, millət vəkili özünün iş qrafikinə uyğun olaraq İsmayıllı rayonunun Qalıncaq, Mücühəftəran və Göytəpə kəndlərində olub və sakinləri qəbul edib. Sakinlər millət vəkilini səmimi qarşılayaraq, vaxt tapıb onlarla görüşə gəldiyinə görə təşəkkür ediblər. Qəbula gələn sakinlər əsasən, şəxsi məişət problemləri, sosial yönümlü məsələləri və kəndlərdə su, təbii qaz, yolun təmiri ilə bağlı problemləri də deputatın diqqətinə çatdırıblar. Görüşlər kənd icra nümayəndəliyinin və kənd orta məktəblərinin binasında keçirilib.

Novruz Aslanov seçicilərinə bu səmimi görüşə görə təşəkkür edib və qaldırılan məsələlər barədə əlaqədar qurumlara müraciət edəcəyini vurğulayıb. Bir neçə məsələ yerindəcə həll edilib. Müvafiq qurumların rəhbərləri ilə əlaqə saxlanılıb və qaldırılan məsələlərin həlli yolları müzakirə olunub.

Məlumat üçün bildirək ki, yay aylarında Novruz Aslanov əsasən kəndlərdə qəbullar keçirir və belə səyyar qəbullar bu il əksər kəndləri əhatə edəcək. Ümumilikdə bütün kəndlərdə səyyar qəbulların keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR