Beyləqanda kafedə insident baş verib, 42 yaşlı kişi ölümcül döyülüb

Beyləqanda kafedə insident baş verib, 42 yaşlı kişi ölümcül döyülüb
# 02 fevral 2016 06:56 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Ötən gecə Beyləqanda bir qrup şəxs 42 yaşlı kişini ölümcül döyüb.

APA-nan Qarabağ müxbiri xəbər verir ki, Mil qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əliyev Elçin Cavanşir oğlu saat 23:00 radələrində qəsəbədəki kafedə bir qrup şəxsin fiziki zorakılığına məruz qalıb. Ağır xəsarətlər alan E. Əliyev Beyləqan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR