Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlardan altısı evə buraxılıb - ADLAR-YENİLƏNİB-2

Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlardan altısı evə buraxılıb - <span style="color: red;">ADLAR -<span style="color: red;">YENİLƏNİB-2
# 08 aprel 2016 09:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxslərdən 6-ı evə buraxılıb.

APA-nın xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, 2 nəfər isə hazırda xəstəxanada müalicə olunur.

3 saylı xəstəxanaya yerləşdirilən şəxslərdən daha birinin adı məlum olub. Bu, Babazadə Fatma Zahid qızıdır.

***

saat 11.20

Bakı. Fərid Mirzəyev, Etibar Məmmədov - APA. Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.

Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.

Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gövhər, Ağamirzəyeva Əzizə və naməlum kişi xəsarət alıb.

APA-nın hadisə yerində olan əməkdaşı isə dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.

***

saat 11.09

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtobus qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR