Filippin ekstremistləri girov saxladıqları Kanada vətəndaşını edam ediblər

Filippin ekstremistləri girov saxladıqları Kanada vətəndaşını edam ediblər
# 26 aprel 2016 03:03 (UTC +04:00)

Bakı-APA. Filippin ekstremistləri ötən ilin sentyabrında girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam ediblər. APA-nın “Gazeta.ru”ya istnadən verdiyi xəbərə görə, bunu Kanadanın baş naziri Castin Trüdo təsdiqləyib.

Qeyd edək ki, Kanada vətəndaşları Con Ridsdel və Robert Holl, Norveç vətəndaşı Kyartan Sekinqstad və filippinli qadın Tess Flor ötə ilin sentyabrında Samal adasında girov götürülüblər. Filippin ekstremistləri girovların azadlığa buraxılması üçün hər birinə görə 6,5 mln dollar tələb ediblər.

Yerli hakimiyyət qurumları bir müddət əvvəl xilasetmə əməliyyatının həyata keçirildiyini bildirib. Digər girovlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR