Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib

Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib
# 03 oktyabr 2016 18:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda deyilir:

"1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilsin".

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR