Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi başlayıb

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi başlayıb
# 02 aprel 2016 12:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi öz işinə başlayıb.

APA-nın xəbərinə görə, sərgi “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Aprelin 3-dək davam edəcək sərgidə 20-dən çox Türkiyə universiteti, tələbə yataqxanaları təmsil olunur. Sərgidə tələbələrə yüksək keyfiyyətli və pulsuz təhsil imkanları, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, Türkiyə universitetlərində pulsuz təhsil imkanları haqda təqdimatlar keçirilib.

Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulub.

Sərgidə Boğaziçi Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın Universiteti, Beykent Universiteti, Uluslararası Kıbrıs Universiteti, Celal Bayar Universiteti, Bilkent Universiteti kimi bir çox məşhur universitetlər iştirak edir.

Qeyd olunub ki, 5 aprel tarixində Gəncədə Türkiyə universitetlərinin növbəti təhsil sərgisi təşkil olunacaq. Həmin sərgidə Türkiyənin bir çox dövlət və vəqf universitetləri təmsil olunacaq. Sərgidə iştirak ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR