Bərdədə avtomobil 60 yaşlı qadını vurub öldürüb

Bərdədə avtomobil 60 yaşlı qadını vurub öldürüb
# 15 mart 2016 20:35 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Zöhrabbəyov küçəsində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Sona Hüseyinova aldığı zərbənin təsirindən hadisə yerində keçinib. Ailəsindən APA-ya verilən məlumata görə, S.Hüseyinova qonşuluqda yeni yası düşmüş ailəyə bayramlaşmağa gedirmiş. Qapılarından yenicə aralaşan 60 yaşlı S.Hüseyinovanı naməlum avtomobil vuraraq qaçıb. Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR