Natiq Cəfərlinin barəsində olan qərardan apellyasiya şikayəti veriləcək

Natiq Cəfərlinin barəsində olan qərardan apellyasiya şikayəti veriləcək
# 13 avqust 2016 10:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər.

Vəkil N. Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR