Rio-2016: Boksçu Elvin Məmişzadə ¼ finalda məğlub olub

<span style="color: red;">Rio-2016:  Boksçu Elvin Məmişzadə ¼ finalda məğlub olub
# 17 avqust 2016 20:52 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışında 1/4 final mərhələsinin növbəti görüşləri keçirilir.

Apasport.az saytının məlumatına görə, 1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionu Elvin Məmişzadə (52 kq) ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib.

Rəqibinə hər üç raundda məğlub olan təmsilçimiz Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, boks yığmamızın iki üzvü Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanıblar və hər iki idmançının çempionluq şansları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR