Belçika XİN Salah Abdeslamın Brüsseldə terror aktına hazırlaşdığı etiraf etdiyini açıqlayıb

Belçika XİN Salah Abdeslamın Brüsseldə terror aktına hazırlaşdığı etiraf etdiyini açıqlayıb
# 20 mart 2016 16:22 (UTC +04:00)

Baks-APA Parisdə törədilən terror aktlarında əsas şübhəli sayılan Salah Abdeslam Belçika polisinə ifadəsində Brüsseldə yeni terror aktı törətməyə hazırlaşdığını etiraf edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Belçika xarici işlər naziri Didye Reynders açıqlayıb.

D. Reynders deyib ki, Belçika hakimiyyəti terrorçunun ifadəsini ciddi qəbul edir: “İstintaq zamanı da çoxlu sayda silah, o cümlədən ağır silahlar da aşkar edilib. Eyni zamanda Salah Abdeslamın Brüsseldə digər şəxslərlə əlaqəsi də üzə çıxarılıb”.

Qeyd edək ki, Parisdə törədilən terror aktlarında əsas şübhəli şəxs hesab edilən S. Abdeslam martın 18-də Brüsseldə həbs edilib. O, həyata keçirilən xüsusi əməliyyat nəticəsində yaxalanıb. S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada ayağından yaralanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR