Rusiya Aralıq dənizindəki sualtı qayıqdan İŞİD-in "paytaxtı"na raket zərbələri endirib

Rusiya Aralıq dənizindəki sualtı qayıqdan İŞİD-in "paytaxtı"na raket zərbələri endirib
# 08 dekabr 2015 23:22 (UTC +04:00)

Bakı-APA. Rusiya Aralıq dənizindəki “Rostov-Don” sualtı qayığından İŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib.

“Aralıq dənizi akvatoriyasında olan “Rostov-Don” sualtı qayığından ilk dəfə olaraq “Kalibr” raketlərinin buraxılışını həyata keçirdik”, deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, sualtı qayıqdan endirilən zərbələr nəticəsində İŞİD-in Rakkadakı iki iri məntəqəsi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR