"Azərbaycan Dəmir Yolları" Almaniya şirkəti ilə strateji əməkdaşlıq imkanlarını müzakirə edib

"Azərbaycan Dəmir Yolları" Almaniya şirkəti ilə strateji əməkdaşlıq imkanlarını müzakirə edib
# 10 mart 2016 09:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-də Almaniyanın "DB Engineering & Consulting and Deutsche Bahn" şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Filip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin Mətbuat Katibliyindən APA-ya verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov görüşdə həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” ilə tanışlıq, Bakı-Böyük Kəsik istiqamətində QSC-nin infrastruktur və nəqliyyat vasitələrinin yenilənməsi planları, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

F. Tentrop “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını, strateji əməkdaşlıq imkanlarının artırılmasının zəruri olduğunu bildirib.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR