Ötən il Ali Məhkəmənin Mülki Kollegiyasına daxil olan işlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin Mülki Kollegiyasına daxil olan işlərin sayı açıqlanıb
# 01 aprel 2016 15:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmənin Mülki Kollegiyasına 2015-ci il ərzində 6314 iş daxil edilib. Bu barədə Ali Məhkəmənin 2015-ci ilə dair illik hesabatında qeyd edilib. Bildirilir ki, həmin işlərdən 5657 işə yekun məhkəmə qərarı çıxarılmaqla baxılıb, 48 iş baxılmadan qaytarılıb, 21 iş baxışdan çıxarılıb, 588 iş isə 2016-cı ilə qalıq keçirilib.

Yekun məhkəmə qərarı çıxarılan işlərdən 397-si ailə münasibətləri üzrə mübahisələrə dair, 103 iş əmək münasibətləri üzrə mübahisələrə dair, 618 iş mənzil mübahisələri üzrə, 399 iş mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə, digərləri isə torpaq, borc müqaviləsi, kredit müqaviləsi, sığorta, vərəsəlik, aliment alınması tələbinə dair və digər məsələlərlə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR