Rusiya XİN: Ağ evin Əsədin Moskvaya səfəri ilə bağlı reaksiyası təəssüf doğurur

Rusiya XİN: Ağ evin Əsədin Moskvaya səfəri ilə bağlı reaksiyası təəssüf doğurur
# 22 oktyabr 2015 10:07 (UTC +04:00)

Bakı - APA. “Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə apardığı danışıqlar Suriyadakı münaqişənin siyasi yolla həllinə yönəlib. Ağ evin buna şübhə ilə yanaşması təəssüf doğurur”.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, prezidentlər arasında aparılan danışıqlar siyasi böhranın həlli üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bundan öncə Ağ ev Suriya prezidentinin Moskvada təntənəli qarşılanmasının narahatlıq doğurduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR