Şahin Mustafayev: “Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın”

Şahin Mustafayev: “Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın”
# 29 yanvar 2016 08:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın”.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda keçirilən əməkdaşlıq konfransında çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, Azərbaycanda pambıqçılıq yenidən inkişaf etdirilməlidir.

Ş. Mustafayevin sözlərinə görə, keçən il güzəştli verilən kreditlərin 85%-i məhz kənd təsərrüfatı sahəsi ilə məşğul olan sahibkarlara verilib.

Konfransın yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni nazir Heydər Əsədov və konfederasiyanın sədri Məmməd Musayev imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR