Trabzonda silahlı hücum nəticəsində 2 polis həlak olub, 5 nəfər yaralanıb - YENİLƏNİB

Trabzonda silahlı hücum nəticəsində 2 polis həlak olub, 5 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 19 iyul 2016 10:27 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazilərində polislərə silahlı hücum nətricəsində 2 polis həlak olub.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, polis postunda çevik polis alayı əməkdaşlarının olduğu mikroavtobus naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə 2 polis həlak olub, 4 polis və 1 mülki şəxs yaralanıb.

Bölgəyə çoxlu sayda polis və jandarma yeridilib.

***

10.53

Bakı – APA. Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazisində polis əməkdaşları atəşə tutulub.

APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 08.45-də baş verib. Yolda təhlükəsizliyi təmin edən polis əməkdaşlarına meşəlik ərazidən atəş açılıb. Nəticədə 4 polis və 1 mülki şəxs yaralanıb.

Hadisə yerinə əlavə qüvvə və ambulanslar göndərilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR