Dələduzluqda təqsirləndirilən şirkət direktorunun məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən şirkət direktorunun məhkəməsi başlayıb
# 30 avqust 2016 15:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Qala-BTX” və "Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 6-a təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb. Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldatması, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V. Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR