Kür çayında 1 nəfər batıb

Kür çayında 1 nəfər batıb
# 17 iyul 2016 13:23 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Kövər kəndində Kür cayında 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR