FHN Bakının mərkəzində baş verən yanğnla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Bakının mərkəzində baş verən yanğnla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 14 iyul 2016 14:37 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının mərkəzində baş verən yanğnla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva küçəsi 24/52 ünvanında yanğın hadisəsi qeydə alınıb. Mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarında tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

***

15:57

Bakı. Hafiz Heydərov – APA. Bakının mərkəzində yanğın baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Neftçilər prospektində yerləşən inzibati binanda qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən isə APA-ya bildirilib ki, həmin binada yanğın yox, tüstülənmə qeydə alınıb. Tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR