Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar azalıb
# 01 iyun 2016 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 458 sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,7 mln. manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 61,7%-i yaşayış evləri və mənzillər, 0,7% -i inzibati binalar, 37,6%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55%, sığorta haqlarının məbləğində isə 22% azalma müşahidə edilib.

May ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 710 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR