Azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçiriblər
# 11 aprel 2016 09:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. BMT-nin Nyu Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli sayda azərbaycanlı və türkiyəlinin iştirak etdiyi mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən, biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını səsləndirilib. Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyasına erməni diasporunun nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də, bu, nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR