TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib
# 11 oktyabr 2017 10:07 (UTC +04:00)

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, 3 ildir Azərbaycanda fəaliyyət göstərən Y. Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanalları vasitəsilə dünyaya çatdırıb. O, Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb.

Y. Arslan oktyabr ayında Türkiyəyə qayıdacaq.

TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M. Akkoç uzun müddət “TRT Avaz”ın kanal koordinatoru kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR