Qızıl ticarəti ilə məşğul olan qadın məhkəmə zalında həbs edilib

Qızıl ticarəti ilə məşğul olan qadın məhkəmə zalında həbs edilib
# 10 aprel 2018 13:54 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Səyyarə Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Nəcəfova 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, S. Nəcəfova qızıl ticarəti ilə məşğul olub. O, zərərçəkmiş şəxslərə qarşı 30 min manat məbləğində dələduzluqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR